Mədə Balonlarının yerləşdirilməsi

Arıqlama üçün mədə balonu yerləşdirilməsi -Mədə şarı, mədənin həcmini azaltmaq üçün mədə içinə yerləşdirilən bir balondur. Mədə balonu əvvəllər hava istifadə edilərək şişirilirdi, artıq maye (su) ilə şişirdilir. Mədədə doyma hissi yaradaraq həm acma hissini geciktirir , adamın özünü tox hiss etməsini təmin edir; həm də çox miqdarda yemək yeməyin narahatlığa səbəb olaraq yemək yemənin kef verici təsirini qismən aradan qaldırır. Mədədə ən çox altı ay saxlanılan şişirdilmiş şar xora, ciddi yemək borusu qıcıq, iltihabı, böyük mədə yırtığı, doğuşdan gələn mədə və ya yemək borusu struktur pozğuqluğu, keçirilmiş mədə əməliyyatı olanlara tətbiq edilmir. Altı aylıq müddət içində xəstənin bədən çəkisinə, pəhriz və sağlamlıq vəziyyətinə həkim tərəfindən mütləq yaxından nəzarət edilir.”Qenerasiya qətiliklə bir müalicə üsulu olaraq qəbul edilməlidir. Yəni köklük səbəbiylə: – sağlamlığı risk altında olan,
§ şəkər və ürək xəstəliyi,
§ yüksək təzyiqi,
§ qaraciyər yağlanılması olan
§ hərəkət edə bilməmə
§ əzələ və sümük xəstəlikləri inkişafı
§ tənəffüs çətinliyi olması
§ ailəsində ürək xəstəliyi olması
§ yuxu apnesi kimi köklüyə bağlı xəstəlikləri olan,
§ bədən kütlə indeksi 35 kq / m2’nin üzərindəki şəxslərə tətbiq edilir.
Əməliyyat 10-15 dəqiqə davam edir.Balonun yerləşdirilməsi mədənin müayinəsində istifadə edilən gastroskopi əməliyyatı ilə birlikdə edilir. Qenerasiya əvvəli xəstəyə ediləcək dərmanların tətbiq oluna bilməsi üçün əvvəl sistem asılır.Tüm xəstələrin əməliyyatdan 12 saat əvvəl ac qalmaları lazımdır. Qenerasiya əsnasında xəstənin rahat olmasını təmin etmək məqsədi ilə rahatlaşdırıb yuxu verən bir dərman ilə xəstə yatızdırılır.

 

Mədə kiçiltmə əməliyyatı

 

Klivlend Klinikasının son araşdırmalarına görə, bariatrik cərrahiyyə əməliyyatı, piylənmənin qarşısını almaqla 2-ci növ diabet xəstəliyini 90 faiz aradan qaldırmaq mümkündür. Bu,xəstələrin qanında şəkəri normal səviyyə salır, insulin və digər dərman preparatlarına ehtyac qoymur.

Bariatrik əməliyyat mədənin kiçildilməsi ilə bağlı müxtəlif növ əməliyyatlara deyilir.

İcra etdiyimiz onlarla əməliyyatdan müsbət nəticə əldə etmişik…

Şəkər əməliyyatı

Şəkər Əməliyyatı Nədir?

İleal İnterpozisyon (Şəkər Əməliyyatı) tamamilə 2-ci Tip Şəkər Xəstəliyinin müalicəsi üçün inkişaf etdirilmiş çox xüsusi bir metabolik cərrahi üsuldur. Sadəcə etdiyi iş, bədənin ifraz etdiyi insulin hormonunun, hədəf orqan olan əzələ və qaraciyərdə ki fəaliyyətini artırmaqdır.

Şəkər Əməliyyatı Necə Olur?

İleal İnterpozisyon Əməliyyatı tamamilə laparoskopik olaraq qarında açılan 1 sm-lik kiçik kəsiklə edilir. Qarın kəsilmədiyi üçün əməliyyat sonrası yaxşılaşma çox sürətli olur. Əksər hallarda xəstələr əməliyyatdan sonra ambulator müalicəyə alınır və anesteziyanın təsiri keçdikdən sonra dərhal yeridilməyə başlayırlar. İkinci yada üçüncü gündə sulu qidalara başlanır və ortalama 4-5 gün sonra normal bir şəkildə xəstəxanadan buraxılır. Qan şəkərində düzəlmə daha xəstəxanadan çıxmadan ilk günlər başlayır. Xəstələrimizin 10%-ə qədəri ilk bir neçə həftə gərək olduqda kiçik dozalarda insulin qəbul edirlər. Bunlarda, ilk bir aydan sonra tamamilə insulindən azad olunmuş halda həyatlarına davam edirlər.

Kimlər Şəkər əməliyyat ola bilər?

 

 

 

Diafraqma yırtığı əməliyyatı

Hiatusun yəni qida borusunun diafraqma dəliyinin yırtığı adətən endoskopiya və ya yuxarı mədə-bağırsaq sisteminin öyrənilməsi məqsədilə aparılan rentgenoqrafiyya zaman aşkar edilir.Əksər hallarda xəstələr epiqastrik və ya döş sümüyü arxası ağrı, göynəmə,yanma hissi,qida qəbulundan sonra qarının dolu olması hissi, ürək bulanma və qusmaya cəhdlərin olmasından şikayətlənir. Endoskopik və radioloji müayinələr göstərir ki, qastro-ezofaqal reflyu olan xəstələrin təxminən 50-94%-də 1-ci növ diafraqmal hiatus yırtığı olur.

 

 

Doktor Aslan Abdulla

+994 50 550 88 82