Artıq çəki və şəkərli diabet

Artıq çəki və şəkərli diabet

Artıq çəki və şəkərli diabetin əlaqəsi

Maddələr mübadiləsinin pozulması və artıq çəki bir-biri ilə sıx əlaqəlidir. Maddələr mübadiləsi pozuntuları çox vaxt tez çəki alınması ilə müşayiət olunur və artıq kilolar 2-ci tip şəkərli diabet kimi xəstəliklərin inkişaf riskini artırır.
Şəkərli diabet zamanı orqanizmdə karbohidrat mübadiləsi pozulur.

Amma əgər 1-ci tip diabetdə problem qlükozanı parçalayan insulin hormonunun yetərsiz hasilatı ilə bağlıdırsa, 2-ci tip şəkərli diabetdə insulin kifayət qədər yaranır.

Lakin onun effektliliyi hədsiz aşağıdır – orqanizmin hasil etdiyi insulin qida ilə daxil olan şəkər emalının öhdəsindən gəlmir. Bu anomaliyanın səbəbi artıq piy yığıntılarında gizlidir. Bu isə insulinin zəif “iş qabiliyyəti”nə təsir edir və ya tibbi dillə, insulin rezistentliyinə gətirib çıxarır.

2-ci tip şəkərli diabetin əlamətləri

2-ci tip şəkərli diabet tədricən inkişaf edir. Pasiyentlər yanğıdan, susuzluqdan, gecələr tez-tez sidiyə çıxmadan, qaşınma və digər dəri problemlərindən, yorğunluqdan, görmənin pisləşməsindən şikayət edirlər.

Lakin xəstəliyin simptomları yalnız 50% hallarda özünü göstərir. Məhz buna görə də qanda şəkər səviyyəsini nəzarətdə saxlayaraq, mütəmadi şəkildə laborator müayinədən keçmək olduqca vacibdir.

Şəkərli diabet analizi

Tip 1 və Tip 2 üçün laborator testlərdə bir sıra fərqlər vardır. Tip 2 Diabet üçün əsasən ən ümumi olanlara aşağıdakılar daxildir:
1. Aclıq plazma qlükoza (FPG) testi: Bu test bir gecəlik aclıqdam sonra qanda qlükoza miqdarını ölçür. İki ayrı vəziyyətdə 126 mq/dL və ya daha yüksək səviyyə olarsa diabeti göstərir.
2. Oral qlükoza tolerantlıq testi (OGTT): Bu test şəkərli məhlulun içilməsini və iki saat sonra qanda qlükoza səviyyəsinin ölçülməsini nəzərdə tutur. İki ayrı vəziyyətdə 200 mq/dL və ya daha yüksək nəticə olarsa şəkərli diabeti göstərir.
3. Hemoglobin A1c (HbA1c) testi: Bu test son iki-üç ay ərzində qanda orta qlükoza səviyyəsini ölçür. 6,5% və ya daha yüksək olarsa nəticə şəkər xəstəliyini göstərir.

Qeyd etmək vacibdir ki, bu testlər sadəcə diaqnostik vasitədir və xəstənin ümumi sağlamlığı və xəstəlik tarixi kontekstində həkim tərəfindən analiz edilməlidir. Bundan əlavə, bu testlər müəyyən hallarda, məsələn, hamiləlik zamanı və ya müəyyən tibbi vəziyyəti olan şəxslərdə dəqiq olmaya bilər.

Sekerli diabet ağırlaşmaları

Vaxtında aşkarlanmış diabet nəinki zamanında xəstəliyin müalicəsinə başlamaq, həm də çoxsaylı ağırlaşmalar və yanaşı gedən diabetik pəncəni, aterosklerozu, miokard infarktını, görmə pozuntularını önləmək imkanı verir.

Şəkərli diabetin cərrahi üsulla müalicəsi

Şəkər əməliyyatı (tərəfimizdən əksərən transit bipartition əməliyyatı icra edilməkdədir ) tamamilə 2-ci tip şəkər xəstəliyinin müalicəsi üçün inkişaf etdirilmiş xüsusi metabolik cərrahi üsuldur.

Əməliyyatın məqsədi bədənin ifraz etdiyi insulin hormonunu effektiv vəziyyətə gətirə bilmək və bununla da hədəf orqan olan əzələ və qaraciyərdəki fəaliyyətini tənzimləməkdir.

Şəkər əməliyyatı necə icra edilir?

Şəkər əməliyyatı (transit bipartition) tamamilə laparoskopik olaraq qarında açılan 0,5 və 1 sm ölçülü kiçik kəsiklərdən-portlardan icra edilir. Mahiyyət etibarı ilə nazik bağırsağın son qismi 250 sm məsafədən mədəyə bypass edilir ki,bu da qalça bağırsaqda inkretinlərin sintezini artırır və bağırsaq-pankreas-mədə siqnallarını normallaşdırır.

Qarın kəsilmədiyi üçün əməliyyat sonrası sağalma çox sürətlə baş verir. Əksər hallarda pasiyentlər əməliyyatdan sonra stasionar müalicəyə alınır və anesteziyanın təsiri keçdikdən sonra dərhal ayağa qalxırlar.

Əməliyyatın 2-ci və ya 3-cü günündə sulu qidaların istehlakı başlanır və təqribən 4-5 gün sonra pasiyentlər normal bir şəkildə xəstəxanadan evə buraxılırlar.

Qan şəkərində düzəlmə hələ xəstəxanadan çıxmadan – ilk günlərdə başlayır.
Pasiyentlərin 10%-ə qədərinə ilk bir neçə həftə lazım olduqda kiçik dozalarda insulin qəbul etdirilir. Bir ay tamam olduqdan sonra isə insulindən bütünlüklə azad olaraq normal həyatlarına davam edirlər.