Mədə Balonlarının yerləşdirilməsi

Arıqlama üçün mədə balonu yerləşdirilməsi -Mədə şarı, mədənin həcmini azaltmaq üçün mədə içinə yerləşdirilən bir balondur. Mədə balonu əvvəllər hava istifadə edilərək şişirilirdi, artıq maye (su) ilə şişirdilir. Mədədə doyma hissi yaradaraq həm acma hissini geciktirir , adamın özünü tox hiss etməsini təmin edir; həm də çox miqdarda yemək yeməyin narahatlığa səbəb olaraq yemək yemənin kef verici təsirini qismən aradan qaldırır. Mədədə ən çox altı ay saxlanılan şişirdilmiş şar xora, ciddi yemək borusu qıcıq, iltihabı, böyük mədə yırtığı, doğuşdan gələn mədə və ya yemək borusu struktur pozğuqluğu, keçirilmiş mədə əməliyyatı olanlara tətbiq edilmir. Altı aylıq müddət içində xəstənin bədən çəkisinə, pəhriz və sağlamlıq vəziyyətinə həkim tərəfindən mütləq yaxından nəzarət edilir.”Qenerasiya qətiliklə bir müalicə üsulu olaraq qəbul edilməlidir. Yəni köklük səbəbiylə: – sağlamlığı risk altında olan,
§ şəkər və ürək xəstəliyi,
§ yüksək təzyiqi,
§ qaraciyər yağlanılması olan
§ hərəkət edə bilməmə
§ əzələ və sümük xəstəlikləri inkişafı
§ tənəffüs çətinliyi olması
§ ailəsində ürək xəstəliyi olması
§ yuxu apnesi kimi köklüyə bağlı xəstəlikləri olan,
§ bədən kütlə indeksi 35 kq / m2’nin üzərindəki şəxslərə tətbiq edilir.
Əməliyyat 10-15 dəqiqə davam edir.Balonun yerləşdirilməsi mədənin müayinəsində istifadə edilən gastroskopi əməliyyatı ilə birlikdə edilir. Qenerasiya əvvəli xəstəyə ediləcək dərmanların tətbiq oluna bilməsi üçün əvvəl sistem asılır.Tüm xəstələrin əməliyyatdan 12 saat əvvəl ac qalmaları lazımdır. Qenerasiya əsnasında xəstənin rahat olmasını təmin etmək məqsədi ilə rahatlaşdırıb yuxu verən bir dərman ilə xəstə yatızdırılır.