Laparoskopik-bariatrik cərrah Dr. Aslan Abdulladan növbəti uğurlu əməliyyat

Laparoskopik-bariatrik cərrah Dr. Aslan Abdulladan növbəti uğurlu əməliyyat

7-8 il mədə yanmasından əziyyət çəkdi…

26 yaşlı Ağayeva Gülsüm mədədə göynəmə, yanma, köpmə və qıcqırmadan əziyyət çəkirdi. Pasiyentin söylədiyinə görə, sanki gecələr sinəsində qida ilişib qalır və ağrı verirdi.

7-8 ildir ki, bu problemlərlə yaşayan Gülsüm xanım xəstəliyin mədə yanması və qəbul etdiyi qidanın ağız boşluğuna qayıtması ilə başladığını da qeyd edib.

Əvvəl-əvvəl bu əlamətləri çox da ciddiyə almasa da, bir gün qəfildən mədəsindən bərk ağrı tutub və ağır xəstə olduğunun, vəziyyətin xeyli ciddiləşdiyinin fərqinə varıb.
Beləliklə, mədə tutmaları get-gedə artmağa və hər 3-4 aydan bir təkrarlanmağa başladı…

Reflüksdən birdəfəlik xilas oldu!..

Aldığı müalicələrdən heç bir fayda və nəticə əldə etməyən pasiyent sonda illərin peşəkarı laparoskopik-bariatrik cərrah Dr. Aslan Abdullaya müraciət etdi.

Lazımi müayinə tədbirləri və analizlərdən sonra Gülsüm xanıma laparoskopik-bariatrik cərrah Dr. Aslan Abdulla tərəfindən reflüks diaqnozu qoyuldu və Laparoskopik Nissen Fundoplikasiyası + GP əməliyyatları icra edildi.

Çox uğurla başa çatan əməliyyatlardan sonra pasiyent mədə yanması, mədə qıcqırması, reflüks və s. kimi problemlərdən birdəfəlik xilas oldu.