Qastroezofageal reflüks

Qastroezofageal reflüks nədir?

Qastroezofageal reflüks xəstəliyi mədə kütləsinin qida borusuna yığılaraq xoşagəlməz simptomlara səbəb olmasıdır.
Qida borusu ağız boşluğunu mədə ilə birləşdirən əzələ borusudur.

Mədədə qida həzminə kömək etmək üçün turşu istehsal olunur. Mədə turşusu qida borusuna çatarsa, bu, uzun müddət davam edən və narahatlıq yaradan simptomlara və ya qastroezofageal reflüks xəstəliyi (QERX) kimi tanınan spesifik fəsadlara səbəb ola bilər.

QERX dünyada ən çox görülən xəstəliklərdən biridir və yetkin əhalinin təxminən 20%-nin bu xəstəliklər üzləşdiyi bildirilir.

Qastroezofageal reflüksün simptomları

QERX-in ən çox görülən simptomları döş sümüyünün arxasında yanma hissi və ya mədə kütləsinin yuxarı boğaza regurgitasiyası hissidir. Tipik simptomları olan pasiyentlərdə müalicə çox vaxt əlavə müayinə olmadan təyin edilir.

Uzun müddət davam edən QERX qida borusunun iltihabına səbəb ola, həmçinin qida borusu xərçənginin inkişaf riskini artıra bilər.

Qida borusuna bağlı simptomlar:

• Xüsusilə gecə və səhər vaxtı qıcqırma;
• Hədsiz tüpürcək ifrazı;
• Turş və acı dad verən gəyirmələr;
• Ürəkbulanma və qusma;
• Udma zamanı boğazda ağrılar;
• Epiqastral nahiyədə göynədici ağrılar.

Qida borusundan kənar simptomlar:

• Boğaz, boyun nahiyəsində ağrılar;
• Ürək ritminin pozulması (ürəyin işində fasilələr) ;
• Ağız boşluğunda iltihabi xəstəliklər (stomatitlər, qingivitlər) ;
• Diş minası zədələnməsi (karies) ;
• Quru, az möhtəviyyatlı öskürək ;
• Səsdə xırıltı.

Qastroezofageal reflüksün müalicəsi

Çox vaxt QERX simptomları olan xəstələrə arıqlamaq və siqareti tərgitmək tövsiyə edilir. QERX üçün ilk sıra tibbi müalicə omeprazol və ya esomeprazol kimi proton nasos inhibitorudur (PPI). Proton pompası inhibitorları mədə divarının hüceyrələrində turşu istehsalına maneə törədir və bununla da turşu tərkibini və QERX simptomlarını azaldır.

Bəzi xəstələrdə, xüsusən də gənc insanlarda reflüks əməliyyatı kimi tanınan cərrahi əməliyyat icra olunur. Reflüks əməliyyatı zamanı mədənin yuxarı hissəsi qida borusunun aşağı hissəsinə bağlanır və bununla da mexaniki və fizioloji olaraq reflüksün qarşısını alır.