Bariatrik cərrahiyyə və bariatrik əməliyyat

Bariatrik əməliyyat nədir?

Bariatrik əməliyyat və ya bariatriya – piylənmənin cərrahi müdaxilə yardımı ilə müalicə metodikasıdır. Piylənmə sadəcə xoşagəlməz problem deyil, həm də pasiyentin sağlamlığına ciddi təhlükə yaradan xəstəlikdir. Bir çox hallarda,o cümlədən konservativ təbabətin və dietologiyanın metodları tükənmişsə, bariatriyaya üz tutulur. Bariatrik cerrahiyye – təhlükəsiz və effektli müasir cərrahi müalicə metodudur.

Bariatrik cərrahiyyə

Piylənmə və artıq çəki problemi müasir dünyada ən çox yayılmış problemlərdəndir. Xüsusən də piylənmənin ən başlıca təhlükəsi ondadır ki, axırıncı mərhələlərdə yanaşı gedən xəstəliklərə gətirib çıxarır və pasiyentlərin həyatını təhdid edir. Piylənmənin son mərhələlərində pəhrizlər və fiziki gərginlik çox az effekt verir.

Arıqlama – piylənmə ilə yanaşı inkişaf edən xəstəliklərin müalicəsində ən effektiv üsuldur. Sağlam arıqlamanın reallaşması üçün bariatriya (bariatrik əməliyyat) ən effektli həll yolu hesab edilir. Ağır çəki cərrahiyyəsi, yaxud bariatrik əməliyyat (bariatriya) piylənməsi olan pasiyentlərin sağlamlıq problemlərinin həllinə yönəlmiş müasir təbabətin bir istiqamətidir.

Bariatrik cərrahiyyə piylənmə ilə yanaşı həm də aşağıdakı bir sıra yanaşı xəstəliklərin müalicəsinə də səbəb olur:

• İkinci tip şəkərli diabet;
• Qaraciyər piylənməsi;
• Arterial hipertoniya;
• Dayaq-hərəkət sistemi xəstəlikləri;
• Yuxu apnesi;
• İkincili sonsuzluq və s.

Bariatrik əməliyyat əhəmiyyətli dərəcədə çəki itkisinə və nəticə etibarilə, piylənmə ilə yanaşı inkişaf edən xəstəliklərin yox olmasına gətirib çıxarır.

Bariatrik cərrahiyyənin növləri

Bariatrik cərrahiyyənin bir neçə növü var:

• Restriktiv əməliyyatlar – mədə həcminin kiçildilməsinə yönəlmiş əməliyyatlardır;
• Mədə şuntlama əməliyyatları – həm mədənin həcminin kiçildilməsinə, həm də qidaların nazik bağırsaqdan sorulmasının azalmasına yönəlmiş əməliyyatlardır;
• Qastroplastika və mədə bandı – mədəni kəsmədən onun həcminin kiçilməsinə nail olmaq üçün hazırda daha az tətbiq olunan əməliyyatlardır;
• Mədə balonu – mədə həcmini bir silikon şar vasitəsi ilə kiçildir, bu isə müvəqqəti (6 ay) mədə içərisinə endoskopik üsulla şar yerləşdirmə metodudur.

Pasiyentə məhz hansı bariatrik əməliyyatın uyğun olmasına xəstəlik tarixçəsi, qidalanma vərdişləri xüsusiyyətləri, pasiyentin ümumi vəziyyəti və çəkisi əsasında həkim qərar verir.

Bariatrik əməliyyatın nəticələri

Bariatrik əməliyyatın effekti əsasən 18 ay ərzində baş verir. Bir qayda olaraq, pasiyentlər:

• Cərrahi müdaxilədən sonra iki il boyunca artıq çəki itirirlər;
• Əməliyyat müdaxiləsi sonrası illərlə müalicədə proqresi (irəliləməni) qoruyub saxlayırlar;
• İlk yarım il ərzində 50%-dək artıq çəki itirirlər;
• Şəkərli diabet, depressiya, bel ağrıları, yüksək arterial təzyiq, qaraciyər piylənməsi və s. kimi xəstəliklərdən qurtulurlar.

Bariatrik cərrahiyyə bariatrik emeliyyat sayəsində əhəmiyyətli şəkildə onkoloji xəstəliklərin inkişaf riskinin azalmasına nail olmuşdur.

Bariatrik əməliyyat üçün göstərişlər

Bariatriya insan orqanizminə ciddi müdaxilədir. Ona görə də əməliyyat yalnız bu hallarda təyin edilir:

• Bədən Kütlə İndeksi 40-dan yüksək olduqda;
• Bədən Kütlə İndeksi 35-dən yüksək və piylənmə fonunda xroniki xəstəliklər inkişaf etdikdə;
• Konservativ müalicə metodlarının (diet və fiziki aktivlik) faydası olmadıqda.

Bədən Kütlə İndeksi (BKİ) nədir və necə hesablanır?

Bədən Kütlə İndeksi (BKİ) insanın çəkisi və boyunun uyğunluq səviyyəsini dəyərləndirməyə və bununla da çəkinin yetərsiz, normal və ya artıq olması barədə mühakimə yürütməyə imkan verən ölçüdür.

Bədən kütlə indeksi kq/m² ilə ölçülür və bu düsturla hesablanır:

BKİ = m/h²
m – bədən çəkisi (kiloqramla)
h – boy (metrlə)

Məsələn, insanın çəkisi = 65 kq, boyu = 170 sm. Beləliklə, bu halda bədən kütləsi indeksi bərabərdir:

BKİ = 65:(1,70²) = 22,49 kq/m²

Bariatrik emeliyyat üçün əks göstərişlər

İstənilən başqa əməliyyat müdaxiləsi kimi, bariatrik əməliyyat üçün də bir sıra əks göstərişlər mövcuddur:

• Psixi xəstəliklərin olması;
• Pasiyentin narkotik və ya alkoqol asılılığı;
• 32-dən aşağı Bədən Kütləsi İndeksi;
• Laktasiya və hamiləlik;
• Qida davranışı pozuntularının kəskinləşməsi və bulemiya.

Müvəqqəti əks göstərişlərə xroniki xəstəliklərin kəskinləşməsi (o cümlədən, mədə xorası) aid edilir.

Bariatrik əməliyyatdan sonra reabilitasiya (bərpa) dövrü

Bariatrik əməliyyatdan sonra uzunmüddətli bərpa dövrü tələb olunur. Bu dövrdə pasiyent tromboemboliya ağırlaşmaları profilaktikası, dərman terapiyası və s. keçir. Mütləq xüsusi hazırlanmış məxsusi pəhriz təyin edilir.Bərpa dövründən sonra pasiyentlər qidalanma və həyat tərzinə aid fərdi tövsiyələr alırlar.

Çox vaxt fizioterapiya və mülayim fiziki gərginlik tövsiyə edilir. Bu, təkcə pasiyentin sağlamlığının bərpasının sürətlənməsi üçün yox, həm də mümkün ola biləcək fəsadlaşmaların minimuma endirilməsi, residivlərin önlənməsi və arıqlama prosesinin stabilləşməsi üçün zəruridir.