Şəkər əməliyyatı

Şəkər əməliyyatı nədir?

Şəkər əməliyyatı (İleal İnterpozisyon) tamamilə 2-ci Tip Şəkər Xəstəliyinin müalicəsi üçün inkişaf etdirilmiş çox xüsusi bir metabolik cərrahi üsuldur. Sadəcə etdiyi iş, bədənin ifraz etdiyi insulin hormonunun, hədəf orqan olan əzələ və qaraciyərdə ki fəaliyyətini artırmaqdır.

Şəkər əməliyyatı necə olur?

Şəkər əməliyyatı (İleal İnterpozisyon) tamamilə laparoskopik olaraq qarında açılan 1 sm-lik kiçik kəsiklə edilir. Qarın kəsilmədiyi üçün əməliyyat sonrası yaxşılaşma çox sürətli olur. Əksər hallarda xəstələr əməliyyatdan sonra ambulator müalicəyə alınır və anesteziyanın təsiri keçdikdən sonra dərhal yeridilməyə başlayırlar.

İkinci yada üçüncü gündə sulu qidalara başlanır və ortalama 4-5 gün sonra normal bir şəkildə xəstəxanadan buraxılır. Qan şəkərində düzəlmə daha xəstəxanadan çıxmadan ilk günlər başlayır.

Xəstələrimizin 10%-ə qədəri ilk bir neçə həftə gərək olduqda kiçik dozalarda insulin qəbul edirlər. Bunlarda, ilk bir aydan sonra tamamilə insulindən azad olunmuş halda həyatlarına davam edirlər.

Seker emeliyyati kimlər ola bilər?

Seker emeliyyati olunmaq üçün pasiyent mütləq aşağıdakı şərtlərə cavab verməlidir:
• Pasiyentin yaşı 35-dən yuxarı olmalıdır;
• Pasiyentin insulin vurma stajı 10 ildən artıq olmamalıdır;
• Pasiyent 2-ci tip şəkərli diabet xəstəsi olmalıdır;
• Pasiyentin insulin sintez edən hüceyrələrinin rezervi saxlanmış olmalıdır.

Şəkər əməliyyatının qiyməti

Seker emeliyyati qiymeti barədə dəqiq bir rəqəm söyləmək mümkün deyil. Əməliyyatın qiyməti pasiyentin fizioloji xüsusiyyətlərinə görə dəyişə bilər.